...

ARDNŞ Gürcüstanın dini ibadət ocaqlarının bir il istifadə etdiyi təbii qazın haqqını öz hesabına ödəyəcək

Energetika Materials 5 May 2014 15:27 (UTC +04:00)
ARDNŞ Gürcüstan Patriarxiyası ilə saziş imzalayıb.
ARDNŞ Gürcüstanın dini ibadət ocaqlarının bir il istifadə etdiyi təbii qazın haqqını öz hesabına ödəyəcək

Azərbaycan, Bakı, 5 may /Trend/

ARDNŞ Gürcüstan Patriarxiyası ilə saziş imzalayıb.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, ARDNŞ ilə Gürcüstanın Energetika Nazirliyi və Patriarxiyası arasında 2013-cü il oktyabrın 19-da tərtib edilmiş əməkdaşlıq haqqında protokola əsasən ARDNŞ qarşı tərəfin təqdim etdiyi siyahı üzrə bu ölkədə fəaliyyət göstərən dini ibadət ocaqları tərəfindən 2013-cü il noyabrın 1-dən 2014-cü il noyabrın 1-dək məişət məqsədləri üçün istifadə olunan təbii qazın dəyərinin ödənilməsinə dair müqavilə imzalayıb.

Mayın 3-də ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun imzaladığı müqaviləyə əsasən, Şirkət Gürcüstanın pravoslav kilsə və monastırları, həmçinin müxtəlif dini konfessiyalara (kilsə-monastır, məscid və sinaqoq) məxsus müəssisələr tərəfindən bir il müddətinə istifadə olunmuş təbii qazın haqqını öz hesabına ödəyəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti