...

Bakı, Gəncə və Qəbələnin bir hissəsində qaz olmayacaq

Energetika Materials 30 May 2014 10:49 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bakı, Gəncə və Qəbələnin bir hissəsində qaz olmayacaq

Azərbaycan, Bakı, 30 may /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşağında işlərin görülməsi ilə əlaqədar bu gün saat 13:00-dək Ağcabədi rayonuna, qaz nəqli sistemində yenidənqurma işləri və "Gəncə" qazpaylayıcı stansiyasından qidalanan 315 mm-lik orta təzyiqli qaz xəttinin yeni çəkilmiş 5000 metrlik hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 18:00-dək Qəbələ rayonuna və Gəncə şəhərinin bir hissəsinə, Pirallahı-Qala magistral avtomobil yolunda təmir işləri ilə əlaqədar Xaşaxuna yaşayış massivini təbii qazla təmin edən 225 mm-lik orta təzyiqli yeraltı qaz xətti və Sabunçu rayonu Savalan yaşayış massivindəki 200 mm-lik polietilen qaz kəmərində təmir-bərpa işlərinin görülməsi ilə əlaqədar isə işlər başa çatanadək Xəzər və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti