...

"Wood Group Kenny" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində mühəndislik xidmətləri təqdim edəcək

Energetika Materials 3 İyun 2014 15:55 (UTC +04:00)
"Wood Group Kenny" (WGK) şirkəti Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində mühəndislik və sualtı hasilat sistemləri layihəsinin idarə edilməsi xidmətlərini təqdim edəcək.
"Wood Group Kenny" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində mühəndislik xidmətləri təqdim edəcək

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir A.Bədəlova/

"Wood Group Kenny" (WGK) şirkəti Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində mühəndislik və sualtı hasilat sistemləri layihəsinin idarə edilməsi xidmətlərini təqdim edəcək. Trend-in xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, xidmətlər "BP Azerbaijan" şirkəti ilə imzalanmış 36 milyon funt sterlinq məbləğində çərçivə müqaviləsi çərçivəsində təqdim ediləcək.

WGK dünyada sualtı və boru kəməri üzrə mühəndislik xidmətləri sahəsində müstəqil mütəxəssis hesab edilir. "Wood Group Kenny" energetika sahəsində xidmətlər təklif edən "Wood Group" beynəlxalq şirkətinin bölməsidir.

WGK 2008-ci ildən BP ilə "Şahdəniz" yatağının işlənməsi layihəsi üzrə çalışaraq layihə çərçivəsində mühəndislik xidmətləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti