...

Çarlz Hendri: Azərbaycan Avropa bazarının qazla təminatında mühüm rol oynayır

Energetika Materials 4 İyun 2014 11:12 (UTC +04:00)
Azərbaycan yaxın onilliklərdə Avropa bazarının qazla təmin olunmasında həyati vacib əhəmiyyət kəsb edir.
Çarlz Hendri: Azərbaycan Avropa bazarının qazla təminatında mühüm rol oynayır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycan yaxın onilliklərdə Avropa bazarının qazla təmin olunmasında həyati vacib əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri çərşənbə günü Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.

Ç.Hendri bildirib: "Azərbaycan regionun tam mərkəzində yerləşir. Ölkənin iri enerji resursları Avropanın və dünyanın enerji bazarlarının əsasıdır".

Elçi qeyd edib ki, Xəzər qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan "Cənub Qaz Dəhlizi" Aİ-yə ixracın şaxələndirilməsində mühüm rol oynayır: "Cənub Qaz Dəhlizi" ən mürəkkəb infrastruktur layihələrindən biridir".

Ç.Hendri deyib ki, Azərbaycan təkcə enerji sahəsində yox, digər sahələrdə də Böyük Britaniyanın mühüm tərəfdaşıdır.

Onun sözlərinə görə, Azərbaycanda 300 Britaniya şirkəti çalışır. Onlar təkcə energetika deyil, həm də inşaat, dizayn, təhsil kimi sahələrdə fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti