...

"Neftqaztikinti" tresti istehsalat sahələrində inşaat-quraşdırma işlərini uğurla davam etdirir

Energetika Materials 11 İyun 2014 20:07 (UTC +04:00)
ARDNŞ-nin “Neftqaztikinti” tresti tərəfindən N.Nərimanov adına NQÇİ-nin 3 saylı neft yığım məntəqəsində 2 ədəd 2000 kubmetrlik neft çəninin tikintisi obyektində işlər qrafikə uyğun davam etdirilir.
"Neftqaztikinti" tresti istehsalat sahələrində inşaat-quraşdırma işlərini uğurla davam etdirir

Azərbaycan, Bakı, 11 iyun /Trend/

ARDNŞ-nin "Neftqaztikinti" tresti tərəfindən N.Nərimanov adına NQÇİ-nin 3 saylı neft yığım məntəqəsində 2 ədəd 2000 kubmetrlik neft çəninin tikintisi obyektində işlər qrafikə uyğun davam etdirilir.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, layihənin icrasında məqsəd dənizdəki neft quyularından çıxarılan neftin çənlərə yığılması və təyinatı üzrə paylanmasıdır. Çənlərin biri artıq istismara təhvil verilib, 2-ci çəndə isə quraşdırma işləri davam etdirilir. Obyektin 2014-cü ilin sonuna istismara təhvil verilməsi planlaşdırılır.

"Neftqaztikinti" tresti tərəfindən ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Tədris Mərkəzində "Qaynaq sexi binasının tikintisi" obyekti üzrə tikinti-quraşdırma işləri də yerinə yetirilib. Layihə çərçivəsində sahəsi 590 kvadratmetr olan Qaynaq sexi və 2 mərtəbəli tədris korpusu tikilib. Layihənin icrasında məqsəd plastik boruların qaynağı üzrə usta, qaynaqçı, tornaçı, frezerçi və quraşdırıcıların hazırlanması, eyni zamanda, qeyd olunan peşələr üzrə şirkətin tabeçiliyində olan müxtəlif müəssisə və təşkilatlarda çalışan işçilərin dövri olaraq attestasiyadan keçirilməsidir.

Qaynaq sexi binasında tikinti-quraşdırma işlərinə 2013-cü ilin iyununda başlanılıb və obyekt cari ilin may ayında istismara təhvil verilib. İşlər trestin 5 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti