...

S&P: Azərbaycanda qaz hasilatının artması uzunmüddətli iqtisadi artımı təmin edəcək

Energetika Materials 4 Avqust 2014 13:53 (UTC +04:00)
Azərbaycanda iqtisadi artım uzunmüddətli perspektivdə qaz hasilatının çoxalması ilə dəstəklənəcək. Qaz hasilatı neft hasilatı sahəsində durğunluğu kompensasiya edəcək.
S&P: Azərbaycanda qaz hasilatının artması uzunmüddətli iqtisadi artımı təmin edəcək

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlahə Məmmədli/

Azərbaycanda iqtisadi artım uzunmüddətli perspektivdə qaz hasilatının çoxalması ilə dəstəklənəcək. Qaz hasilatı neft hasilatı sahəsində durğunluğu kompensasiya edəcək. Bu barədə Trend bazar ertəsi "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin reytinq qiymətləndirilməsinin təsdiq edilməsi üzrə hesabatına istinadən məlumat verir.

Hesabatda deyilir ki, karbohidrogenlərin ixracı cari əməliyyatların hesab profisitini yenə də təmin edəcək: "2018-ci ildə xeyli həcmdə qaz hasilatına başlanacağına baxmayaraq, cari balansın göstəriciləri getdikcə azalacaq".

Agentliyin proqnozlarına əsasən, profisit 2013-cü ildə ÜDM-in 17 faizindən (qiymətləndirmə) 2016-cı ildə ÜDM-in 9 faizinədək getdikcə azalacaq: "Bununla belə, hesab edirik ki, Azərbaycan xarici netto-kreditor qismində güclü mövqeyini qoruyacaq. Proqnozlarımıza uyğun olaraq, yaxın 3 ildə Azərbaycanın xarici maliyyələşdirilməsinə (brutto) tələbat cari əməliyyat hesabları üstəgəl istifadə edilə bilən ehtiyatlar üzrə daxilolmaların ən azı 7 faizi səviyyəsində qalacaq. Qısa təmiz xarici aktivləri isə cari əməliyyatların hesabları üzrə daxilolmaların təqribən 100 faizi səviyyəsində olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti