...

Bu ilin 8 ayı ərzində 116 çoxmərtəbəli binaya qaz verilib

Energetika Materials 1 Sentyabr 2014 15:14 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu ilin 8 ayı ərzində 116 çoxmərtəbəli binaya qaz verilib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 2014-cü ilin yanvar-iyul ayları ərzində Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim edən 116 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 10 779 ailə yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti