...

SOCAR-BP Ekoloji işçi qrupunun növbəti iclası keçirilib

Energetika Materials 23 Sentyabr 2014 18:50 (UTC +04:00)
Bu gün ARDNŞ-nin Baş ofisində lay suyu məsələlərinə dair SOCAR-BP Ekoloji işçi qrupunun növbəti iclası keçirilib.
SOCAR-BP Ekoloji işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Bu gün ARDNŞ-nin Baş ofisində lay suyu məsələlərinə dair SOCAR-BP Ekoloji işçi qrupunun növbəti iclası keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, iclasda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə, BP-nin əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti Robert Vat, BP London ofisindən lay suları üzrə məsul şəxs Endryu Vatson və digər mütəxəssislər iştirak ediblər.

İclasda BP və SOCAR-da formalaşan lay sularının utilizasiya metodları, bu sahədə mövcud təcrübə müzakirə edilib.

Bundan əlavə, lay sularının idarə olunmasına dair pilot layihənin həyata keçirilməsi məsələsinə də toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti