Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
"Neft Daşları" yatağındakı 2150 nömrəli platformadan 2151 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend ARDNŞ-yə istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1720 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.