...

İstanbulun qazpaylayıcı şəbəkəsi özəlləşdirilməyəcək

Energetika Materials 6 Fevral 2015 17:17 (UTC +04:00)
"İgdaş Doğal Gaz Dağıtım A.Ş." şirkətində dövlətin 10 faizlik payının özəlləşdirilməsi ləğv edilib.
İstanbulun qazpaylayıcı şəbəkəsi özəlləşdirilməyəcək

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulun qazpaylayıcı şəbəkəsini idarə edən "İgdaş Doğal Gaz Dağıtım A.Ş." şirkətində dövlətin 10 faizlik payının özəlləşdirilməsi ləğv edilib. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir.

Qəzet şirkətin tam özəlləşdirilməsinin ləğvinin səbəblərini açıqlamır.

Bundan əvvəl şəbəkənin tamamilə özəlləşdiriləcəyini bəyan etmiş İstanbul bələdiyyəsinin sədri Qədir Topbaş demişdi ki, "İgdaş Doğal Gaz Dağıtım A.Ş." şirkətinin satışının son dəyəri 4,2 milyard türk lirəsi təşkil edir.

Hələ 2013-cü ilin noyabrında şirkət 90 faiz özəlləşdirilib.

Türkiyədə ən iri şəbəkələrdən biri olan İstanbulun qazpaylayıcı şəbəkəsinin 5,6 milyon abonenti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti