...

Kəndə qaz verildi

Energetika Materials 13 Fevral 2015 15:22 (UTC +04:00)
Cəlilabad rayonunun Fərzili kəndinə təbii qaz verilib.
Kəndə qaz verildi

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bu gün Cəlilabad rayonunun Fərzili kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 120 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9452 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 120 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti