...

"Azərenerji" də işini gücləndirir

Energetika Materials 17 Mart 2015 19:56 (UTC +04:00)
“Azərenerji” ASC Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək.
"Azərenerji" də işini gücləndirir

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Maksim Tsurkov/

"Azərenerji" ASC Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək.

Trend-in ASC-yə istinadən verdiyi məlumata əsasən, digər günlərə nisbətən bayram günlərində elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, "Azərenerji"nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir: "Bu bayram günlərində də respublikamızda enerji təchizatı müəssisəsinin tələbatına uyğun elektrik enerjisi ilə təmin edilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib və bütün imkanlar səfərbər edilib".

Məlumata görə, Novruz bayramı üçün nəzərdə tutulan 8 gün ərzində stansiyaların keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və əlavə qəza-bərpa briqadaları fəaliyyət göstərəcək. Eyni zamanda, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərinin aparılması nəzərdə tutulmur: "İstehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatlarının daha dolğun şəkildə ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. İlin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib. Bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Əlavə mal - material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb. Bu briqadalar nəqliyyat vasitəsilə təmin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti