...

Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 6 Aprel 2015 12:05 (UTC +04:00)
Azərbaycanın “Azereneji” ASC tərəfindən 2015-ci ilin yanvar-mart aylarında 6,3 milyard kilovatt/saat elektrik enerjisi istehsal edilib.
Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Maksim Tsurkov)

Azərbaycanın "Azereneji" ASC tərəfindən 2015-ci ilin yanvar-mart aylarında 6,3 milyard kilovatt/saat elektrik enerjisi istehsal edilib.

"Azerenerji"dən Trend-ə bildirilib ki, ötən ilin analoji dövründə bu göstərici 6,2 milyard kilovatt/saat olub.

Məlumatda qeyd olunur ki, bu ilin mart ayında "Azernerji"nin elektrik stansiyaları tərəfindən 2,1 milyard kilovatt/saat elektrik enerjisi istehsal edilib və bu, ötən ilin martındakı göstəricidən 0,1 milyard kilovatt/saat artıqdır.

2014-cü ildə Azərbaycanda 22,7 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub. 2013-cü ildə isə bu göstərici 21,5 milyard kilovatt/saat təşkil edib.

Azərbaycanın elektrik sisteminin gücü son 5 ildə 30 faiz artıb. Hazırda bu göstərici 7105 meqavatt təşkil edir ki, bu da ildə 24 milyard kilovatt/saat elektrik enerjisi istehsal etməyə imkan yaradır.

Azərbaycan hər il 2,1 milyard kilovatt/saat elektrik enerjisi ixrac edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti