...

Avropa Azərbaycanı özünün qaz müharibəsinə cəlb edir

Energetika Materials 21 Aprel 2015 23:55 (UTC +04:00)

Rus xəbərlər xidmətinin rəhbəri

Seymur Əliyev - Trend:

Avropanın Rusiya ilə qaz müharibəsi yeni mərhələyə qədəm qoyur və Azərbaycan bu qarşıdurmada strateji rol oynayır.

Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç "Kommersant" qəzetinə müsahibəsində deyib ki, Avropa Komissiyası Azərbaycan və Türkmənistana Transxəzər qaz kəmərinin salınması üzrə anlaşma memorandumunu yeniləməyi təklif edib.

M.Şefçoviç bundan başqa qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində İraq və İrandan qaz tədarüklərini gözləmək olar.

Hazırda Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın tədarük etməyə hazır olduğu 10 milyard kubmetri dəfələrlə üstələyən xeyli həcmdə qazı öz cənub sərhədlərinə çatdırmaq həyatı önəm daşıyır.

Bu məqam "Qazprom" şirkətinin rəhbəri Aleksey Millerin son bəyanatları fonunda xüsusilə vacibdir. O bildirib ki, Rusiya qazının Ukrayna ərazisi ilə nəqli 2019-cu ildən sonra dayandırılacaq və Rusiya Avropanın cənub sərhədinə təqribən 50 milyard kubmetr qaz tədarük edəcək. Rəsmi Moskvanın fikrincə, Avropanın bu qazı almaq üçün digər variantları olmayacaq. Prinsipcə, əgər Brüssel bu istiqamətdə eyni həcmləri tədarük etməsə, bu belə də olacaq.

Bu məsələni həll etmək üçün Aİ enerji daşıyıcılarının yeni tədarük mənbələrini tapmalıdır. Bunlar Transxəzər qaz kəmərinin (Azərbaycan sərhədlərinədək) çəkilməsi hesabına Türkmənistan, "Cənub Qaz Dəhlizi"nə qoşulmaq (Azərbaycanda və ya Türkiyədə) hesabına İran və TANAP qaz kəmərinə (58 faiz iştirak payı Azərbaycana məxsusdur) qoşulmaq hesabına İraq ola bilərlər. Bütün bu layihələr Azərbaycanın iştirakı nəzərə alınmaqla ya həyata keçirilir, ya da planlaşdırılır ki, bu da onu Avropa və Aİ-nin alternativ qaz tədarükçüsü üçün strateji cəhətdən vacib edir.

Transxəzər qaz kəməri istisna edilməklə bu layihələr Bakıdan heç bir əlavə iş və investisiyalar tələb etmir. Azərbaycan bu layihələrin hər birindən ya ərazisindən keçdiyinə, ya da istənilən digər ölkədə ona məxsus infrastruktur üzrə tranzitə görə əlavə gəlirlər əldə edəcək.

Bununla da Brüsselin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üzrə niyyəti və fəaliyyəti buna əlavə vəsaitlər xərcləməməyə ehtiyac olmadan Azərbaycana xeyli dividentlər gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti