...

SOCAR qaz hasilatını azaldıb

Energetika Materials 29 Aprel 2015 01:15 (UTC +04:00)
SOCAR 2015-ci ilin yanvar-mart aylarında 1,67 milyard kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən (təqribən 2 milyard kubmetr) 16,4 faiz azdır.
SOCAR qaz hasilatını azaldıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar-mart aylarında 1,67 milyard kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən (təqribən 2 milyard kubmetr) 16,4 faiz azdır. Bu barədə Trend SOCAR-a istinadən məlumat verir.

ARDNŞ 2014-cü ildə 7,22 milyard kubmetr, 2013-ci ildə isə 7,31 milyard kubmetr qaz hasil edib.

Şirkətin məlumatına görə, Azərbaycanda yanvar-mart aylarında ümumilikdə təqribən 7,41 milyard kubmetr qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən (7,7 milyard kubmetr) 3,4 faiz azdır.

Ümumilikdə 2014-cü ildə Azərbaycanda 29,62 milyard kubmetr qaz hasil edilib. 2013-ci ildə bu göstərici 30,78 milyard kubmetr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti