...

SOCAR bütün Bakını qazdoldurma məntəqələri ilə əhatə edəcək

Energetika Materials 1 May 2015 13:25 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakıda ikinci qazdoldurma məntəqəsinin tikintisini aparır.
SOCAR bütün Bakını qazdoldurma məntəqələri ilə əhatə edəcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakıda ikinci qazdoldurma məntəqəsinin tikintisini aparır. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayevin sözlərinə görə, ilk qazdoldurma məntəqəsi "Baku Bus" şirkətinin avtobus deposu ərazisində tikilib: "Hazırda SOCAR Zabrat qəsəbəsi ərazisində ikinci qazdoldurma məntəqəsini tikir. Planlarımıza 1,5 il ərzində bütün Bakını qazdoldurma məntəqələri ilə əhatə etmək daxildir. Gələcəkdə ölkənin iri şəhərlərarası magistral yollarının hər 180 kilometrində qazdoldurma məntəqələri tikəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti