...

AYİB "Şahdəniz-2" layihəsinə kredit ayıracaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 8 May 2015 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Azad Həsənli/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Şahdəniz-2" layihəsi çərçivəsində sindikatlaşdırılmış kredit ayıracaq.

Trend-in məlumatına görə, bunu AYİB-in prezidenti Suma Çakrabarti Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, kreditin ayrılma tarixi və həcmi hələ məlum deyil.

S.Çakrabarti qeyd edib ki, AYİB böyük ehtimalla "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək.

AYİB-in Bakı ofisinin rəhbəri Nil Makkeyn bildirib ki, bu məsələ yayda bankın Direktorlar Şurasının iclasında müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti