...

Aleksey Miller: "Qazprom" Azərbaycana bir neçə milyard kubmetr qaz tədarük edə bilər

Energetika Materials 26 İyun 2015 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Rusiyanın "Qazprom" şirkəti Azərbaycana il ərzində bir neçə milyard kubmetr qaz tədarük edə bilər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Aleksey Miller deyib.

Bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bəzi KİV-lərdə respublikada qaz çatışmazlığı və onun Rusiyadan mümkün idxalı barədə yayılan məlumatları şərh edərkən Trend-ə bildirmişdi ki, Azərbaycanın sənaye sektorunun, elektrik stansiyalarının və istehlakçıların təmin edilməsi daxil olmaqla, daxildə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ehtiyacları tam qarşılamaq üçün kifayət qədər qaz ehtiyatları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti