Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Maksim Tsurkov/
Mərkəzi və Cənub-Şərqi Avropa regionunun ölkələri inteqrasiya olunmuş qaz bazarının yaradılması üzrə səylərini birləşdirirlər.
Bu təşəbbüsü rəsmən həyata keçirən anlaşma memorandumu bu gün Xorvatiyanın Dubrovnik şəhərində imzalanıb. Bu barədə Trend Avropa Komissiyasının rəsmi saytına istinadən məlumat verir.
Memoranduma əlavə olunan fəaliyyət planında prioritet qismində aşağıdakı infrastruktur layihələri qeyd edilib: Transanadolu qaz kəməri (TAP), Xorvatiyada maye qaz terminalının yaradılması, Yunanıstan və Bolqarıstan, eləcə də Serbiya və Bolqarıstan arasında interkonnektorların tikintisi.
Bəyanatda deyilir ki, bu layihələr tədarük mənbələrini şaxələndirəcək.
Qeyd edək ki, qaz Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin II mərhələsindən TAP üzrə Avropa İttifaqı ölkələrinə nəql ediləcək.