Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Maksim Tsurkov/
Avropa Komissiyası Transxəzər boru kəmərinin (TANAP) reallaşacağına böyük ümidlər bəsləyir. Bu barədə Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri xanım Malena Mard deyib.
O, bazar ertəsi Azərbaycan, Türkmənistan, Türkiyə və Gürcüstan nümayəndələrinin iştirak etdiyi Transxəzər boru kəməri üzrə işçi qrupunun ilk iclasının əhəmiyyətini qeyd edib: "Bu iclas Transxəzər boru kəmərinin reallaşdırılmasına böyük ümidlər bəsləməyimizin göstəricisidir".