...

Kalinovkaya qaz verilib

Energetika Materials 28 Sentyabr 2015 18:34 (UTC +04:00)
Bu gün Masallı rayonunun Kalinovka kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Kalinovkaya qaz verilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Bu gün Masallı rayonunun Kalinovka kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 524 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 201 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 524 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti