...

Azərbaycan neftinin qiymətləri: 8-12 fevral həftəsinin yekunları

Energetika Materials 13 Fevral 2016 17:04 (UTC +04:00)
AZERI LT (CIF) növlü neftin orta qiyməti 32,4 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 8-12 fevral həftəsinin yekunları

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə (8-12 fevral) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 32,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,62 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 34,26, minimum isə 30,43 dollar/barel təşkil edib.

8-12 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 28,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,43 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 29,98, minimum isə 26,04 dollar/barel olub.

8-12 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 30,4 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,05 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 32 dollar, minimum isə 28,66 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti