...

SOCAR 52 min ton dizel, 24 min ton təyyarə yanacağı ixrac edib

Energetika Materials 1 Mart 2016 20:56 (UTC +04:00)
2016-cı ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 358,67 dollar, təyyarə yanacağının - 314,88 dollar, dizel yanacağının - 292,81 dollar, 1% kükürdlü mazutun qiyməti 141,88 dollar təşkil edib.
SOCAR 52 min ton dizel, 24 min ton təyyarə yanacağı ixrac edib

Bakı. Trend:

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin fevral ayında 52 099 ton dizel yanacağı, 24 019 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 8325 ton yüksək təzyiqli polietilen, 1537 ton mütləqləşdirilmiş izopropil spirti, 6575 ton maye piroliz qətranı, 2926 ton propilen və 677 ton butilen butadien fraksiyası ixrac edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə 2016-cı ilin yanvar-fevral ayları ərzində 125 923 ton dizel yanacağı, 65 753 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 15 403 yüksək təzyiqli polietilen, 2346 ton mütləqləşdirilmiş izopropil spirti, 9102 ton maye piroliz qatranı, 6023 ton propilen və 677 ton butilen butaduien fraksiyası ixrac edilib.

2016-cı ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 358,67 dollar, təyyarə yanacağının - 314,88 dollar, dizel yanacağının - 292,81 dollar, 1% kükürdlü mazutun qiyməti 141,88 dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti