Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) tamhüquqlu üzvlüyün bərpa edilməsi məsələsinə yaxın vaxtlarda baxılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının XVIII Ümumi Yığıncağında deyib.
Onun sözlərinə görə, Azərbaycanın tamhüquqlu üzv qismində statusunun bərpa edilməsi üçün bir çox şərtlər artıq yerinə yetirilib, digər məsələlər isə yaxın vaxrtlarda həll ediləcək.