Bakı. Trend:
Azərbaycanda təbii qazla təmin olunmuş abonentlərin sayı 1 898 433-ə çatıb.
Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, 2016-cı ilin aprel ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 10 945 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2484-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8461-i isə regionların payına düşüb.
Bununla da ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 898 433-ə çatıb.
Qeyd edək ki, 1 may 2016-cı il tarixinə olan məlumata əsasən, əhali sektoru üzrə 129 878 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 356 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.