...

Neftimiz bahalaşdı

Energetika Materials 13 İyul 2016 12:44 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 48,64 dollar/barel təşkil edib ki, bu da iyulun 11-nə olan göstəricidən 1,4 dollar/barel çoxdur.
Neftimiz bahalaşdı


Bakı. Maksim Tsurkov - Trend:


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 48,64 dollar/barel təşkil edib ki, bu da iyulun 11-nə olan göstəricidən 1,4 dollar/barel çoxdur. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 47,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,41 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 12-də 44,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun12-də 46,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,35 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti