...

Daha iki kəndə ilk dəfə qaz verildi (FOTO)

Energetika Materials 1 Oktyabr 2016 13:37 (UTC +04:00)
Çanakçı və Miskinli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Daha iki kəndə ilk dəfə qaz verildi (FOTO)

Bakı. Trend:

Gədəbəy rayonunun Çanakçı və Miskinli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 885 abonenti olan Çanakçı və Miskinli kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 61 149 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti