...

Azərbaycan OPEK-in görüşünə dəvət aldı

Energetika Materials 24 Oktyabr 2016 15:56 (UTC +04:00)
Azərbaycan OPEK-in Əlcəzair müqaviləsinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli komitəsinin iclasına rəsmi dəvət alıb.
Azərbaycan OPEK-in görüşünə dəvət aldı

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan oktyabrın sonlarında Vyanada keçiriləcək OPEK-in Əlcəzair müqaviləsinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli komitəsinin iclasına rəsmi dəvət alıb.

Bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dəvəti qəbul etmək və iclasda iştirak etmək niyyətindədir: "Dəvət bu gün göndərilib. Bu, OPEK ölkələri nazirlərinin və təşkilata daxil olmayan istehsalçıların profil görüşü olacaq. İclas oktyabrın 28-31-də keçiriləcək. Bizim mövqeyimizə gəlincə, Azərbaycan iştirak etmək niyyətindədir".

Qeyd edək ki, sentyabrın 28-də OPEK-in Əlcəzairdəki qeyri-formal görüşündə hasilatın sutkada 32,5-33 milyon barel diapazonunda məhdudlaşdırılması ilə bağlı razılığa gəlinmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti