...

Neftimiz cüzi ucuzlaşıb

Energetika Materials 15 Dekabr 2016 11:03 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 56,17 dollar/barel təşkil edib
Neftimiz cüzi ucuzlaşıb

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 56,17 dollar/barel təşkil edib ki, bu da dekabrın 13-nə olan göstəricidən 0,5 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 55,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 14-də 51,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 12-də 53,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti