...

Səngəçalda magistral qaz kəmərində qəza baş verib

Energetika Materials 10 Yanvar 2017 23:11 (UTC +04:00)
Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur.
Səngəçalda magistral qaz kəmərində qəza baş verib

Bakı. Trend:

Yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları - Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, yanğının söndürülməsi məqsədilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti