...

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə ucuzlaşdı

Energetika Materials 8 İyun 2017 22:15 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 48,83 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,9 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 48,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,92 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 7-də 45,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 7-də 47,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti