...

SOCAR iyunda 52 min tondan çox dizel yanacağı ixrac edib

Energetika Materials 3 İyul 2017 17:41 (UTC +04:00)
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi iyun ayında 52 min 640 ton dizel yanacağı, 3 min 479 ton təyyarə yanacağı, 7 min 471 ton yüksək təzyiqli polietilen, 286 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 201 ton maye piroliz qətranı, 5 min 149 ton propilen və 3 min 152 ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR iyunda 52 min tondan çox dizel yanacağı ixrac edib

Bakı. Trend:

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi iyun ayında 52 min 640 ton dizel yanacağı, 3 min 479 ton təyyarə yanacağı, 7 min 471 ton yüksək təzyiqli polietilen, 286 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 201 ton maye piroliz qətranı, 5 min 149 ton propilen və 3 min 152 ton butilen butadien fraksiyası ixrac edib.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Ümumilikdə, 2017-ci ilin yanvar-iyun ayları ərzində 315 min 554 ton dizel yanacağı, 24 min 85 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 47 min 811 ton yüksək təzyiqli polietilen, 5 min 819 ton mütləqləşdirilmiş izopropil spirti, 34 min 301 ton maye piroliz qətranı, 22 min 157 ton propilen və 15 min 319 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)- 486,51 ABŞ dolları, təyyarə yanacağının - 444,80 dollar, dizel yanacağının - 409,64 dollar, 1 faizli kükürdlü mazutun - 286,89 dollar, yüksək təzyiqli polietilenin - 1175 dollar, butilen butadien fraksiyasının - 502,90 dollar, maye piroliz qətranının - 486,51 dollar, propilenin qiyməti - 840 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1467,50 avro təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti