...

Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb

Energetika Materials 11 İyul 2017 23:24 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 10-da 47,59 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 10-da 47,59 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,34 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 10-da 47,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 10-da 45,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 10-da 46,78 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,15 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti