...

“Palçıq pilpiləsi” yatağındakı özül əsaslı təmirdən sonra istismara verilib

Energetika Materials 22 Avqust 2017 14:02 (UTC +04:00)
“Palçıq pilpiləsi” yatağındakı 1883 saylı özül əsaslı təmirdən sonra istismara verilib
“Palçıq pilpiləsi” yatağındakı özül əsaslı təmirdən sonra istismara verilib

Bakı. Trend:

“Neft Daşları” NQÇİ-nin istismar etdiyi “Palçıq pilpiləsi” yatağındakı 1183 nömrəli stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 3 ədəd müxtəlif ölçülü metal lövhə, 18 ədəd oturacaq, suüstü əlaqələr, eləcə də 67,5 kvadrat metr sahəyə 15 ədəd dəmir-beton tava, 716,5 kvadrat metr sahəyə polad vərəqə quraşdırılıb, pilləkənlər və məhəccər çəpəri tikilib.

Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti