Bakı. Trend:
Avropa İttifaqı Azərbaycan qazının Avropaya nəql etməsini nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsi üzrə Azərbaycanın təşəbbüsünü alqışlayır. Bunu Trend-ə Avropa Komissiyasının nümayəndəsi Anka Paduraru deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı "Cənub qaz dəhlizi"ni və onun enerji təchizatının və nəqliyyat marşrutlarının mənbələrinin diversifikasiyası üzrə rolunu dəstəkləyir.
"Avropa İttifaqının hədəfləri dəyişməyib", - deyə rəsmi nümayəndə bildirib.
Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" Xəzər Hövzəsi, Mərkəzi Asiya, İran və Yaxın Şərqdən Avropa İttifaqına qazı nəql etmək üçün infrastrukturun genişlənilməsini hədəfləyib.