...

Azərbaycan nefti 58 dollardan baha satılır

Energetika Materials 24 Oktyabr 2017 23:06 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 58,3 dollar/barel təşkil edib
Azərbaycan nefti 58 dollardan baha satılır

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 58,3 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,21 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 57,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 23-də 55,2 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 23-də 57,68 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti