Bakı. Azad Həsənli - Trend:
Kevin Heyzell “SOCAR Trading” şirkətinin yüngül neftlə ticarət departamentinin rəhbəri təyin olunub.
Trend-in məlumatına görə, K.Heyzell şirkətin London ofisində səlahiyyətlərin icrasına başlayıb.
O, daha əvvəl “Reliance Global Energy Services” şirkətinin baş icraçı direktoru vəzifəsində işləyib.
Qeyd edək ki, mənzil qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” 2007-ci ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən yaradılıb.