Bakı. Trend:
Rusiyanın “Qazprom” şirkəti ilə SOCAR Azərbaycana təbii qaz tədarükünü müzakirə edib.
Trend-in xəbərinə görə, bu barədə “Qazprom” məlumat yayıb.
Məlumatda bildirilir ki, bununla bağlı SOCAR prezidenti Rövnəq Abdullayev və “Qazprom”un idarə heyətinin sədri Aleksey Millerin Sankt-Peterburqdakı görüşündə müzakirə aparılıb:
"Qeyd edilib ki, qaz nəqli bərpa edilən vaxtdan - 2017-ci il noyabrın 22-dən indiyə qədər “Qazprom” Azərbaycana 1,15 milyard kubmetr qaz tədarük edib. Tərəflər bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər".