...

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib

Energetika Materials 2 Noyabr 2018 19:04 (UTC +04:00)
ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini yaxın günlərdə qüvvəyə minəcək anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib
ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib

Bakı. Trend:

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini yaxın günlərdə qüvvəyə minəcək anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin sənədində deyilir.

Qeyd olunur ki, bərpa olunan anti-İran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur.

Bundan başqa, sənəddə qeyd olunur ki, anti-İran sanksiyaları həmçinin Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığını azaldan layihələrə şamil olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti