...

SOCAR ilə San Marino arasında memorandum imzalanıb (FOTO)

Energetika Materials 29 Noyabr 2018 18:18 (UTC +04:00)
SOCAR ilə San Marinonun AASS şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR ilə San Marino arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti San Marino Respublikasında səfərdə olub.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Xarici İşlər üzrə Dövlət Katibliyinin binasında San Marinonun enerji məsələlərinə məsul olan dövlət katibi Marco Podeski və San Marino İctimai Xidmətlər üzrə Dövlət Şirkətinin (AASS) prezidenti Fedriko Kreşentini ilə görüşlər keçirilib. Sonda Socar və AASS arasında Anlaşma Memorandumu imzalanıb. İki şirkət arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutan bu sənəd cari ilin may ayında San Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin Azərbaycana rəsmi səfəri vaxtı iki ölkənin xarici işlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn ilk addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti