...

Azərbaycan nefti ucuzlaşdı

Energetika Materials 31 Oktyabr 2019 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 65,28 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşdı

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 65,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,11 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti