...

ABŞ "Chevron"un Venesuelada iş lisenziyasının vaxtını uzadıb

Energetika Materials 22 Aprel 2020 04:13 (UTC +04:00)
ABŞ "Chevron"un Venesuelada iş lisenziyasının vaxtını uzadıb

Bakı. Trend:

ABŞ hakimiyyəti "Chevron" və Venesuelada fəaliyyət göstərən digər dörd korporasiyanın lisenziyalarının vaxtını uzadıb. Şirkətlərin yerli dövlət neft şirkəti PDVSA ilə birlikdə dekabrın 1-dək fəaliyyəti davam edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın maliyyə nazirliyındən xəbər verilib.

"Chevron"dan əlavə "Halliburton", "Schlumberger", "Baker Hughes" və "Weatherford" neft şirkətləridə müvafiq icazələri alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti