...

İranda qaz emalı artıb

Energetika Materials 18 Avqust 2020 14:55 (UTC +04:00)
İranda qaz emalı artıb

Bakı. Elnur Bağışov – Trend:

4-cü ayda (21 iyun -21 iyul) İranın qaz emalı zavodlarında gündəlik təbii qaz emalı ötən ilin analoji ayı ilə müqayisədə 69 milyon kubmetr artıb.

Trend-in məlumatına görə, bunu İranın Milli Qaz Şirkətinin sözçüsü Məhəmməd Əsgəri Shana-ya açıqlamasında deyib.

M.Əsgərinin sözlərinə görə, hazırda İranın qaz emalı zavodlarında gündəlik 703 milyon kubmetr təbii qaz emal olunur.

Əsgəri əlavə edib ki, ötən ilin analoji ayında orta hesabla gündəlik 634 milyon kubmetr qaz emal olunurdu.

Şirkət rəsmisi deyib ki, İranın qaz emalı zavodlarında əsaslı təmirlərin həyata keçirilməsi, digər tərəfdən koronavirus epidemiyasının yayılması İranın təbii qaz emalında hər hansı problem yaratmayıb və emalda artım davam edir.

Qeyd edək ki, cari İran ilinin 3-cü ayında (21 may-20 iyun) İranın qaz emalı zavodlarında orta hesabla gündəlik 674 milyon kubmetr qaz emal olunub.

Əlavə edək ki, İranın qaz emalı zavodlarında qaz emalı potensialının gündəlik 1,03 milyard kubmetr olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti