...

Ceyhan terminalından yola salınan Azərbaycan neftinin həcmi açıqlanıb

Energetika Materials 11 Noyabr 2020 17:59 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin “BOTAŞ International Limited” şirkətini bu günədək Ceyhan neft terminalından təxminən 3,544 milyard barel neft yola salıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, bu günədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan nəql edilmiş nefti daşıyan 4 625 tanker yola salınıb.

2020-ci ilin əvvəlindən Ceyhan neft terminalından AÇG nefti ilə 244 tanker (təxminən 183,8 milyon barel) yola salınıb.

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunur və buradan dünya bazarlarına çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti