...

"Dostluq" layihəsi enerji üzrə böyük potensialı reallaşdırmağa imkan verəcək - Fransalı ekspert

Energetika Materials 22 Yanvar 2021 10:37 (UTC +04:00)

Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend:

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" neft-qaz yatağının birgə kəşfiyyatı və işlənməsi barədə anlaşma memorandumunun imzalanması vacib addımdır.

Bunu Trend-ə Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi, ekspert Fransis Perren deyib.

O qeyd edib ki, bu saziş ilk növbədə Xəzər dənizində əlavə karbohidrogen yatağının işlənməsinə gətirib çıxarmalıdır:

"İkincisi isə, bu, Trans-Xəzər boru kəməri layihəsinin inkişafına kömək edə bilər. "Dostluq"dan əlavə bu boru kəməri sxeminin əsas üstünlüklərindən biri iri qaz ehtiyatlarına nəzarət edən Türkmənistanın Azərbaycan vasitəsilə Avropa bazarına birləşməsi olacaq. Avropa İttifaqı qaz tədarükü mənbələrini şaxələndirməyə çalışır və Xəzər regionu bu strategiyanın tərkib hissəsidir. Avropa təxminən üç həftə əvvəl "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycan qazını idxal etməyə başlayıb. Üçüncüsü, bu, 2018-ci ilin avqustunda imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın icrası üçün sınaq ola bilər".

F.Perrenin sözlərinə görə, bu memorandumun vacibliyinin daha bir əsas səbəbi ondan ibarətdir ki, bu, Azərbaycanla Türkmənistan arasında enerji və iqtisadi əməkdaşlığın inkişafına gətirib çıxaracaq:

"Bu ölkələrin enerji tərəfdaşlığı baxımından böyük potensialı var və "Dostluq" bu potensialı reallaşdırmaq üçün imkandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti