...

"Baker Hughes" "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları üzrə fəaliyyətin detallarını açıqlayıb

Energetika Materials 30 Mart 2021 13:51 (UTC +04:00)
"Baker Hughes" "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları üzrə fəaliyyətin detallarını açıqlayıb

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

ABŞ-ın "Baker Hughes" şirkəti "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işə düşməsindən etibarən kəşfiyyat və hasilat mərhələlərində iştirak edir.

Bunu Trend-ə şirkətin Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Tommi Kassem deyib.

O bildirib ki, həmin layihələr şirkətin müəssisələri tərəfindən quyu mənbəyinin möhkəmləndirilməsi sistemlərinin quraşdırılması, sualtı və suüstü idarə sistemlərinə texniki xidmət göstərilməsi yolu ilə dəstəklənir:

"Biz, həmçinin Azərbaycanın şelfində işləyirik və quyuların təmiri, boru kəmərləri və texnoloji proseslər üzrə xidmətlər icra edirik. "

Qeyd edək ki, "Baker Hughes" 120-dən çox ölkədə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti