...

OPEK+ Monitorinq Komitəsinin iclası sabah davam edəcək

Energetika Materials 1 İyul 2021 22:56 (UTC +04:00)
OPEK+ Monitorinq Komitəsinin iclası sabah davam edəcək

Bakı. Trend:

OPEK+ Monitorinq Komitəsinin nazirlər iclası və OPEK+ nazirlərinin görüşü iyulun 2-si davam keçiriləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə OPEK katibliyindən bildiriblər.

Yeni cədvələ əsasən, Monitorinq Komitəsinin iclası saat 17:00-da, nazirlərin görüşü isə 18:30-da baş tutacaq.

Xatırladaq ki, bu gün keçirilən iclasda Monitorinq Komitəsi yaxın aylarda neft hasilatının nə qədər artırılmalı olduğuna dair razılığa gələ bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti