Xorvatiya və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir - Nazir (MÜSAHİBƏ)

Xorvatiya və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir - Nazir (MÜSAHİBƏ)

Bakı. Ləman Zeynalova - Trend:

Trend BİA-nın Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç Radmanla müsahibəsi

Enerji sahəsində əməkdaşlığın istiqaməti

Nazir bildirib ki, Xorvatiya və Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində böyük əməkdaşlıq potensialına malikdir. "Hidroelektrik stansiyaları ilə iş təcrübəmizi nəzərə alsaq, enerji sektorunda, xüsusən də bərpa olunan enerji mənbələri sahəsində böyük potensial var. Bu, Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası baxımından xüsusilə maraqlıdır", - o əlavə edib.

Enerji sektorunda davam edən layihələrə gəldikdə, Radman İon-Adriatik Qaz Boru Kəməri (IAP) layihə şirkətinin yaradılması üçün sənədlərin tam hazırlandığını qeyd edib.

"İon-Adriatik qaz boru kəməri layihəsi Cənub-Şərqi Avropa üçün yeni bir qaz təchizatı marşrutu olaraq əhəmiyyət kəsb edir ki, bu da təchizat təhlükəsizliyini artırmaqla yanaşı, həm də Enerji İttifaqının məqsədlərinə uyğun olaraq mənbələrin şaxələndirilməsini təmin edəcək", - Radman deyib.

Nazir bildirib ki, layihənin Xorvatiyadakı operatoru, IAP layihə şirkətinin və qərargahının Duqopolyedə (Xorvatiya) yaradılması üçün tam sənədlər hazırlayan "Plinacro" şirkətidir.

Onun sözlərinə görə, COVID-19 pandemiyası bu istiqamətdə işlərin gedişatına təsir göstərib: "Buna baxmayaraq, "Plinacro" 2021-ci ilin sonuna qədər qəbul ediləcək Aİ-nin ümumi maraq kəsb edən layihələrinin beşinci siyahısı üçün bir layihə təqdim edib. Layihə Monteneqronun qazlaşdırılması və Bosniya və Herseqovinaya yeni təchizat marşrutunun açılması üçün xüsusilə vacibdir. Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və Azərbaycan hökumətinə layihənin hazırlanmasında daimi və böyük dəstəyə görə xüsusi minnətdarıq".

O qeyd edib ki, IAP-ın gələcəkdə qoşula biləcəyi Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropanın daha yaxşı enerji mənbəyinə keçməsinə kömək edir: "Cənub Qaz Dəhlizi" Cənub-Şərqi Avropanın və onun hüdudlarından kənarda enerji sabitliyinə böyük töhfə verir. Aİ-nin enerji siyasəti ilə əlaqədar iki vacib məsələni həll etdiyi üçün bu bölgə üçün olduğu kimi bütün Avropa üçün də son dərəcə vacibdir: bir tərəfdən Avropa Birliyi üçün təbii qaz mənbələrinin şaxələndirilməsinə kömək edir və digər tərəfdən tədarüklərin etibarlılığını təmin edir. Bu, xüsusilə vacibdir, çünki bu bölgədə elektrik istehsalı hələ də qismən kömürlə bağlıdır. Buna görə də qaz təchizatı üçün yeni bir marşrutun təmin edilməsi Cənub-Şərqi Avropa ölkələrinə daha yaxşı enerji mənbəyinə keçməyə imkan verir".

Ticarət əlaqələrini inkişaf etdirmək üçün tədbirlər

Radman bildirib ki, Xorvatiya və Azərbaycan bir neçə sektorda (informasiya texnologiyaları, minalardan təmizləmə avadanlıqları və enerji) yeni layihələr üzrə danışıqlar aparır.

Nazir razılaşma əldə ediləcəyi təqdirdə əhəmiyyətli ticarət sabitsizliyinin qismən azalacağını söylədi: "COVID-19" pandemiyası və sərhədlərin bağlanmasının iki ölkə arasındakı ticarətə mənfi təsir etmədiyini bildirməkdən məmnunuq: həm Xorvatiyanın Azərbaycana ixracı, həm də Azərbaycandan Xorvatiyanın idxalı 2020-ci ildə artıb. Xorvatiya Statistika Bürosunun məlumatına görə, Xorvatiya Azərbaycan beş faiz (1,37-dən 1,44 milyon avroya), Xorvatiyanın Azərbaycandan idxalı isə 10 faiz (339,78 -dən 440,57 milyon avroya) yüksəlib ki, bu da ümumilikdə təxminən 10 faiz artım deməkdir".

Nazir deyib ki, Xorvatiya Azərbaycan mallarının dünyada ən böyük 5 idxalçısından biridir və bu göstəriciyə görə Aİ ölkələri arasında üçüncü yerdədir: "Xorvatiyadan Azərbaycana mal ixracı, Xorvatiyanın Azərbaycana iki bərə ixrac etdiyi 2012-ci ili istisna etsək, geniş miqyas almasa da, 2020-ci ildə bizim İT şirkətlərinin azərbaycanlı müştərilərə göstərdiyi xidmətlərin performansı artıb. Bu, Azərbaycanda Xorvatiya İT şirkətlərinin və onların təxminən 10 ildir ki, hər il keçirilən Bakutel sərgilərində iştirakının nəticəsidir.

Xorvatların Azərbaycana ixrac etdikləri ən geniş yayılmış məhsul kosmetik məhsullardır. Qeyd etmək vacibdir ki, Xorvatiya Azərbaycana yüksək texnologiyalı əczaçılıq məhsulları da daxil olmaqla bir sıra digər məhsullar təklif edə bilər. Bir neçə sektorda (İT, mina təmizləmə maşınları və enerji) yeni layihələr üçün danışıqlar aparılır. Əgər razılıq əldə olunarsa, bu, böyük ticarət balanssızlığını qismən yumşaldar".

Onun sözlərinə görə, Xorvatiya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2 -ci iclasının bu ilin sentyabr ayının sonu və ya oktyabrın əvvəlində Zaqrebdə keçirilməsi planlaşdırılır.

Radman cari əməkdaşlığın daha da genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edərək, ikitərəfli əlaqələrin inkişafına güclü təkan verən Hökumətlərarası Birgə Komissiyanın işinin bu kontekstdə əhəmiyyətini vurğulayıb: "2017-ci ilin ilk görüşündə iqtisadi əməkdaşlıq, xüsusilə sənaye, enerji, nəqliyyat, rabitə, informasiya texnologiyaları, mədəniyyət, turizm, gənclər, idman, səhiyyə, kənd təsərrüfatı sahələrində fikir mübadiləsi aparılıb. Beləliklə, bu, ikitərəfli əməkdaşlıq üçün hüquqi çərçivənin inkişaf etdirilməsi ilə əlaqədar olaraq, ümumi məqsədlər təyin etmək, onlara çatmaqda irəliləyişləri izləmək və iqtisadi əməkdaşlığı genişləndirməsi məqsədi ilə yeni addımlar təyin etmək üçün əla bir platforma olub. Müştərək komissiya şirkətlər və digər hüquqi şəxslər arasında investisiyanı təşviq etmək və iqtisadi sahələrdə məlumat mübadiləsini asanlaşdırmaq məqsədi ilə birbaşa əlaqələrin yaradılmasına tövhə verir.

Bu yaxınlarda mənə məlumat verildi ki, Bakıdakı səfirliyimiz sentyabrın sonu və ya oktyabrın əvvəlində Zaqrebdə keçiriləcək Birgə Komissiyanın 2-ci iclasının çağırılması prosedurunu sürətləndirib".

Qordan Qrlic Radman xatırladıb ki, ötən il Xorvatiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 -ci ildönümü qeyd olunub: "Münasibətlərimiz dostluq və tərəfdaşlıq üzərində qurulub. Xorvatiya Azərbaycanı vacib strateji tərəfdaş hesab edir. 2013-cü ildə hökumətlərimiz, müəssisələr, qeyri-kommersiya təşkilatları və vətəndaşlar arasında daha sıx mübadilələri təşviq etmək üçün Strateji Tərəfdaşlıq Bəyannaməsi imzaladıq. Növbəti məntiqi addım 2018-ci ildə Bakıda Xorvatiya Respublikasının Səfirliyinin açılması oldu. Səfirlik vasitəsi ilə həyata keçirilən ən yüksək diplomatik mövcudluq, şübhəsiz ki, xarici siyasət məsələləri və qlobal çağırışlarla bağlı daha fəal və müntəzəm fikir mübadiləsinə kömək edir, lakin hər şeydən əvvəl ikitərəfli qarşılıqlı əlaqəni gücləndirir. Diplomatiyada, bildiyiniz kimi, "yerində olaraq" təmsil olunmaq, ölkələrimizin və xalqlarımızın xeyrinə birlikdə çalışmağın ən yaxşı yoludur. Səfirliyin açılması Xorvatiya ilə Azərbaycan arasında onsuz da səmərəli siyasi, iqtisadi və mədəni əməkdaşlığa əlavə töhfə verdi. Eyni məqsədlə 2011-ci ildə Azərbaycan Zaqrebdə səfirliyini açıb. Beləliklə, əlaqələrimiz ticarət və iqtisadiyyat sahələrində artan müsbət dinamikaya malikdir və Xorvatiyanın Bakıda səfirliyinin açılması, şübhəsiz ki, buna öz təsirini göstərib".

Twitter: @Lyaman_Zeyn

Dövlət Komitəsinin əməkdaşları Dağıstana səfər ediblər (FOTO)
Dövlət Komitəsinin əməkdaşları Dağıstana səfər ediblər (FOTO)
Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib (FOTO)
Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib (FOTO)
Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir (FOTO)
Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir (FOTO)
Loading Bars
Xəbər lenti
Tehran nüvə proqramı üzrə danışıqların sanksiyaların ləğvinə gətirib çıxaracağına ümid edir
Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək işğala son qoyub - Ərdoğan
Mingəçevir Dövlət Universitetində qocaman müəllimlərlə görüş keçirilib (FOTO)
"Twitter" və "Instagram"ın işində qüsurlar yaranıb
Vaşinqtonda atışma olub, biri yeniyetmə olmaqla 5 nəfər yaralanıb
Bakı metropoliteni xətdən çıxarılan 20 vaqonu utilizasiya edib
Bayden İranla nüvə razılaşmasına qayıtmaqdan danışdı
Bərdədə ağır yol qəzası baş verib (FOTO)
Türkiyədə 4,3 bal gücündə zəlzələ olub
Bakıda evdən 89 yaşlı kişinin meyiti tapılıb
Təhsil işçilərinin sentyabr konfransı keçirilib (FOTO)
Azərbaycanın Türkiyəyə ixracı azalıb
Dövlət Komitəsinin əməkdaşları Dağıstana səfər ediblər (FOTO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Ağdaşda keçirilib (FOTO)
Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib (FOTO)
MDU-nun gənc əməkdaşının növbəti məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub
Ceyhun Bayramov Nyu-Yorkda Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan “Teknofest”də 11 startapla təmsil olunur (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 8 milyonu ötdü
Azərbaycanda 1 594 nəfər COVID-19-a yoluxub, 26 nəfər ölüb
İqtisadi Şuranın iclasında 2022-ci ilin büdcə layihəsi müzakirə edilib (FOTO)
Vüqar Səfərlinin adına ümumilikdə 4 milyon 75 min manat vəsait olub - Prokuror
Azərbaycanda türkdilli dövlətlərin 5-ci Beynəlxalq gənclər düşərgəsi keçiriləcək
Universitetdə 21 sentyabr - Sülh Günü münasibətilə tədbir keçirilib (FOTO)
Azərbaycan məhsulları “WorldFood Moscow 2021” sərgisində nümayiş olunur (FOTO)
Hindistanın Bakıdakı Səfirliyi telekommunikasiya sektoru üzrə virtual işgüzar görüş təşkil edib (FOTO)
Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir (FOTO)
Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb
İspaniyada püskürən vulkanın vurduğu ziyanın məbləği açıqlanıb
Yağış yağacaq, şimşək çaxacaq
Bakıda daha bir yerüstü piyada keçidi inşa ediləcək
Teledərslərin təkrar yayımına start verilir (VİDEO)
Azərbaycan İtaliyaya 3 milyard kubmetrdən çox qaz ixrac edib
AzMİU növbəti dəfə U-Multirank beynəlxalq reytinq sistemində “A” kateqoriyasına layiq görülüb
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb
Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb
Azərbaycan 2021-ci il Qlobal İnnovasiya İndeksində mövqeyini yaxşılaşdırıb - Əqli Mülkiyyət Agentliyi
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq
DTX və DSX dənizdə külli miqdarda tütün məmulatı qaçaqmal­çılığının qarşısını alıb (FOTO)
“Aztelekom” və “Baktelecom” internet tariflərini aşağı saldı
DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Rusiyadan bəzi məhsulların idxalına məhdudiyyət tətbiq edilib
AQTA daha 15 müəssisədə pozuntular aşkarlayıb
ABŞ-da uşaqların "Pfizer"lə vaksin olunmasına icazə verilə bilər
Əsgərimizin minaya düşməsi xəbəri yalandır - Müdafiə Nazirliyi
Baş nazir Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb
ABB mobile ilə oturduğun yerdən kredit al!
Milli Məclisdə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlıq müzakirə olunub
Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılır
İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Vətəndaşın vəziyyətinin əlillik təyin olunmasına əsas vermədiyi müəyyən edilib
Mingəçevirə içməli su məhdudiyyətlə veriləcək
BNA yeni tədris ilinin başlanması ilə bağlı müraciət yayıb
Sahibkarların banklardan manatla aldığı kreditlərin faizlərinə görə subsidiyaların verilmə müddəti uzadılıb
Parlamentdə erməni cinayətləri ilə bağlı dinləmələr keçiriləcək
Vətən müharibəsində şəhid olmuş Məhəmmədəli Ələkbərovun anım günü qeyd edilib (FOTO)
Yol polisi dərslərin başlanması ilə bağlı əhaliyə müraciət etdi
İranda 17,5 min nəfər koronavirusa yoluxub, 379 nəfər ölüb
Körpələrin düzgün qidalanmasının əhəmiyyəti
Sabahdan daha bir marşrut xəttində gediş haqqı kartla ödəniləcək
Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib (FOTO)
BTQ-nin tam gücü ilə işləməsi üçün tədbirlər görülür (FOTO)
Bakıda bu ərazidə də metro stansiyası tikiləcək
Ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib - Ədalət Vəliyev
Metronun yeni stansiyasından "8 Noyabr" stansiyasına doğru tunel tam hazırdır - Baş mühəndis (FOTO)
TAP-ın gündəlik qaz nəqli 5 dəfə artıb
“DOST” mərkəzlərində əmək qanunvericiliyinin pozulmasına dair müraciətlər qəbul ediləcək
Bakıda yeni metro stansiyasının inşasına başlanıldı (FOTO)
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib
Xaçmaz RİH başçısı şəhid məzarlarını ziyarət edib (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Sabunçu rayonunda 307 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub (FOTO/VİDEO)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı yenidən artıb
Təhsil naziri yeni tədris ili ilə bağlı əmr imzaladı
Oktyabrın 1-dən COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - DANX
Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub (FOTO/VİDEO)
York Universitetinin CİTY College Avropa Kampusunun Açıq Executive MBA Seminarına qoşulmağa tələsin
Göyçayda kanala düşən şəxs belə xilas edildi - VİDEO
Azərbaycanda yeni dərsliklərin çapına başlanılıb
Bakıda dərslərin təşkili qaydası açıqlandı
Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul edib
Lənkəranda saxta COVİD pasportu satan şəxslər ifşa olundu
Oğuzda ər arvadını döyüb öldürdü
Sabah 34 dərəcəyədək isti olacaq
Qarabağdakı iqtisadi layihələrdə Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı müzakirə edilib
Yeni qeydiyyat üsulu ilə 1.200 yerli investisiyalı MMC qeydiyyata alınıb
Ötən gün ölkədə 60 yanğın olub, 10 nəfər xilas edilib
Daha bir ölkə Azərbaycanla uçuşları bərpa edəcək
ADU-nun Konfutsi İnstitutunun direktoru beynəlxalq onlayn seminarda iştirak edib (FOTO)
ETSN və ADA Universitetinin birgə təşkilatçılığı ilə brifinq keçirilib (FOTO)
Bu tədris ilində Azərbaycanda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb
Rusiya aviaşirkətləri Bakıya yeni reyslər üçün icazələr alıb
İşğal dövründə 52 yataq istismar olunaraq talan edilib - Nazir müavini
Sementlə bağlı yeni dövlət standartları təsdiq edilib
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir (FOTO)
Xınalıq “Ən yaxşı turistik kənd” adına namizəddir
Bu il Bakı məktəblərində 471 mindən çox şagird təhsil alacaq
Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq
Bütün xəbərlər