Bakı. Trend:
Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammitində Avropa bazarlarında enerji daşıyıcıları qiymətlərində rekord artım problemi müzakirə olunacaq.
Trend Aif.ru -ya istinadən xəbər verir ki, görüş 21-22 oktyabr tarixlərində Brüsseldə baş tutacaq.
Qazın qiymətinin kəskin artması fonunda Avropa Komissiyası "yeni texnologiyalara və təmiz enerjiyə" investisiyaların artırılması ilə bağlı təkliflər hazırlamaq niyyətindədir.
Xatırladaq ki, sentyabrın 29-da Avropada qaz qiymətləri hər kubmetr üçün 1060 dollar həddini aşaraq yeni rekord vurdu və sentyabrın 30-da 1100 dollar səviyyəsinə qalxdı.