...

Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb

Energetika Materials 25 Oktyabr 2021 13:08 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin avqustunda Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz azalıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,08 milyard, İrandan 898,2 milyon, Azərbaycandan isə 547 milyon kubmetr təşkil edib.

Avqust ayında Rusiyadan Türkiyəyə qaz ixracı 51,9 faiz, İrandan isə 121 faiz artıb.

2021-ci ilin avqustunda Türkiyəyə ümumi qaz idxalı ötən ilin avqustu ilə müqayisədə 24,3 faiz artaraq 4,17 milyard kubmetr təşkil edib. Türkiyə 3,526 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 644 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.

Ölkədə təbii qaz istehlakı 2020-ci ilin avqustu ilə müqayisədə 42,4 faiz artaraq 4,366 milyard kubmetr təşkil edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti